Moskvanın Zelenoqrad inzibati dairəsinin mərkəzi qəbiristanlığının ərazisinə helikopter tipli pilotsuz uçuş aparatı düşüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Dronun partlayıcı ilə doldurulmadığı qeyd edilir.
Mənbənin sözlərinə görə, hadisə nəticəsində Zelenoqrad sakinlərindən heç kim xəsarət almayıb.
Xatırladaq ki, iyulun 24-ü bazar ertəsi səhər tezdən Moskva Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onlar vurulub.
Moskvanın Lixaçev prospektində və Rusiya Müdafiə Nazirliyinin komplekslərindən birinin yerləşdiyi Komsomolski prospekti 17-də yerləşən biznes mərkəzinin binasına ATS-nin fraqmentləri düşüb.