image-6backend

Moskvaya  dron hücumu oldu,  hərbi hissə vuruldu: “Vnukovo” hava limanının işi iflic oldu

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, iyulun 4-nə keçən gecə Moskva dairəvi yolundan bir neçə kilometr aralıda, bir neçə saniyəlik fərqlə ən azı iki partlayış baş verib. İndiyədək Kaluqa vilayətinin sakinləri iki təyyarə tipli dron görüblər.

Nəticədə Moskva yaxınlığındakı Kubinka hərbi hissəsinə hücum edilib. İlkin məlumata görə, saat 4 radələrində kamikadze pilotsuz uçan aparat hərbi hissənin ərazisində yerləşən inzibati binaya hücum edib. Partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

Dron hücumu Vnukovo hava limanının işinə təsir göstərib, Baza yazır. Şarm Əl Şeyx, Dubay, Mahaçqala, Çelyabinsk və Novosibirskdən uçuşlar digər hava limanlarından həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki