image-ggbackend

Müdafiə nazirliyi xəbərdarlıq məktubu göndərdi-RUSİYA MÜDAFİƏ NAZİRLİYİNƏ

image-reklam_sirab_01

Azərbaycan Respublikası Müdafiə nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan Respublikası ərazisindən başqa ölkələrin nəqliyyat vasitələrinin qanunsuz keçidininin dayandırılması ilə bağlı Rusiya  Federasiyası Müdafiə nazirliyinə və sülhməramlı qüvvələrin komandanlığına xəbrdarlıq məktubu gğndərib.

Veteninfo.az xəbər verir ki, məktublarda bu kimi halların “10 noyabr 2020 -ci il tarixli üçtərəfli bəyanata zidd olduğu” bildirilir və bu cür hadisələrin dayandırılması tələb edilir.

Məktubda  “rəsmi Bakı başqa ölkələrin hüquqi və fiziki şəxslərinin və onların nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının razılığı olmadan Azərbaycan ərazisinə daxil ola bilməzlər, belə hallar ölkə qanunvericiliyinin pozulmasıdır”-deyə vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki