image-sarkisbackend

“Müharibə başlarsa bu dəfə qalib gəlmək olar”Serj Sarkisyan müharibə istəyir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Erməniastanın sabiq prezidenti Serj Sarkisyan deyəsən 44 günlük müharibədə Ermənistan ordusunun Dəmir Yumruqla paramparça edildiyini,qalıqlarının Bakıda Hərbi Qənimətlər Parkında sərgiləndiyini bildiyi halda,yenidən müharibə abu-havasına girib. Sabiq prezident Sputnik Armenia-ya müsahibəsində bildirib ki,44 günlük müharibə zamanı Ermənistan Azərbaycan ordusuna qarşı qalib gələ bilərdi.

“Müharibə başlarsa bu dəfə də qalib gəlmək olar.Əəgər Ermənistanın mövcud hakimiyyəti ordunu gözdən salmalar,şxsi heyətdən təmizləmə aparmasalar, təcrübəli komandirləri oradan konformistlərlə əvəz etməsələr, ordunu bu qədər vasvası idarə etməsələr və yalan vədlər verməzlərsə”.

Maraqlıdır ki, ölkəsinin kaputiliyasiya aktı imzaladığını,Azərbaycan prezidenti İlham Əliyevin “Qarabağ münaqişəsi yoxdur,status cəhənnəmə getdi” səsləndirdiyi,bütün dünyanın eşitdiyi bir bəyanatı eşitməməzliyə vuraraq  ” Bu gün yalnız bir statusu ola bilər – bu, Azərbaycandan kənarda təhlükəsizlikdir. Dağlıq Qarabağ xalqının buna haqqı var”-deməsi, ” statusla bağlı danışıqlar yaxın keçmişin kədərli təcrübəsini gözümüzün qabağında saxlayaraq bu əhəmiyyətsiz hüququn beynəlxalq səviyyədə möhkəmləndirilməsinə yönəlməlidir.”-sərsəm açıqlaması,ondan xəbər verir ki,Sarkisyan Ermənistanda daha da çox,44 günlük müharibədə məhv olan ermənilərdən daha da artığının Azərbaycan əsgərinin gülləsinə tuş gətirməkdə maraqlıdır.

Millət vəkili Pərvin Kərimzadə müxbirimizə bildirib ki, Serj Sarkisyan hakimiyyətdə olduğu dövürdə,Ermənistan dövlət olaraq iqtisadi-siyasi çöküşün ən ağır formasını yaşayıb:

image-indir

“44 Günlük ikici Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistana elə bir zərbə vurdu ki,bundan sonra on illiklər lazımdır ki,ölkəni normal bir vəziyyətə sala bilsinlər.Bu da çətin bir məsələdir.Əhalinin yoxsulluq həddindən aşağı dolanşığı,müharibədə məhv olan ordu,ölən erməni əsgərləri,on mindən artıq yaralı.Hansı maliyyə dayaqları ilə ölkəni ayaqda tutmağa çalışacaqlar.Əgər gözlərini Avropa və Amerikadakı erməni lobbisinə dikiblərsə,artıq onlar anlayırlar ki.dilənçiliklə toplayıb İrəvana göndərdikləri milyonların müsbət nəticəsi yoxdur”. Millət vəkili qeyd edib ki, Ermənistan ordusu birinci Qabağ müharibəsində öz gücünə deyil,havadarlarının,əsasən də Rusiyanın Ermənistandakı hərbi bazasından əldə olunan silahlar,tanklar-toplar-raketlər hesabına  Azərbaycanın Qarabağ da daxil olmaqla 20 faiz torpaqların işğal etmişdi: “Amma 44 günlük ikici Qarabağ Vətən müharibəsində Azərbaycan ordusu 30 il müasir silahlarla silahlandırılan Ermənistan ordusun darmadağın etdi.Onun bütün hərbi arsenalını sıradan çıxardı.Müharibədə on min erməni əsgər və zabiri Azərbaycan ordusun 25 nəfərlik bir taqımı qarşısından qaçaraq fərari vəziyyətə düşdü.Hansı ordu ilə Azərbaycana meydan oxuyur Sarkisyan? Görünür 44 günlük müharibə Sarkisyana və onun kimi düşnənlərə dərs olmadı.Bütün dünya  gördü ki,Azərbaycan BMT-nin 30 ildir həyata keirə bilmədiyi qətnamələri,təkbaşına öz gücünə həyata keçirdi.Bundan sonra da əgər Ermənistanda şovinist müharibə abu-havası olarsa,o zaman bir daha Dəmir Yumruğun zərbələri başlarına enmiş olacaq”. Pərvin Kərimzadə bildirib ki. Azərbaycan Respublikasının prezidenti,Ali Baş komandan İlham Əliyevin bəyan etdiyi kimi,Dağlıq Qarabağ adlı bir münaqiə yoxdur və Azərbaycan belə bir münaqişəyə öz gücü hesabına son qoyub: “Bundan sonra Ermənistan daha çox bölgədə sülhə və normal qonuşuluq münasibətləri içərisində yaşamağın yolların axtarmalıdır.Yox, əgər bir daha  hansısa beynəlxal müstəvidə nəyisə qabartmağa çalışacaqlarsa,bu daha çox onların bölgədə baş verən yenliklərdən kənarda qalmasına rəvac verəcək.Amma görünən odur ki,Ermənistanın baş naziri Nikol Paşinyan xələflərindən fərqli olaraq Ermənistanı düşdüyü dalandan çıxarmağa meyillidir. Paşinyan Sarkisyandan fərqli olaraq Azərbaycanla sərhədlərin müəyyənləşməsinə,Zəngərzur dəhlizinin açılmasına yönəlik təşəbbüsləri dəsdəkləyib addımlar atarsa,o zaman müsbət mənada regional komunikasiyaların işlənməsi mümkünləşəcəkdir”.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki