image-363180_res_01backend

Müharibə başlasa ABŞ gəmiləri Egey dənizindən “Tomoqavk”larla zərbə endirəcək

image-reklam_sirab_01

ABŞ Hərbi Donanmasının “Tomoqavk” qanadlı raketləri ilə silahlanmış iki esminetsi Bosfor boğazının yaxınlığında, Egey dənizinin beynəlxalq sularında döyüşə hazır vəziyyətdə gözləyir.

Veteninfo.az  xarici KİV-lərə istinadən xəbər verir ki, gəmilərin hərəsi 122 “Tomoqavk” daşıyır. Ehtimal edilir ki, “Donald Kuk” və “Ruzvelt” döyüş gəmiləri Donbassda müharibə riskinə görə orada mövqe tutub. Belə ki, “Tomoqavk” raketlərinin mənzili 2400 kilometrdir və Donbassdakı separatçı qüvvələrə Egey dənizindən zərbələr endirməyə imkan verir.

Hərb tematikası üzrə ixtisaslaşmış “Soha” agentliyinin (Vyetnam) bildirdiyinə görə, ABŞ hərbi qərargahında tam şəkildə və Birləşmiş Ştatların Avropadakı hərbi-dəniz əməliyyatları İdarəsində qismən inanırlar ki, müharibə başlasa “Tomoqavk” raketləri ilə Ukrayna ordusuna dəstək vermək lazımdır. Bu raketlərlə endirilən zərbələr Donbass separatçılarını qısa zamanda demoralizə edə və Ukrayna ordusunun hücum briqadalarına nizami Rusiya ordusunun müdaxiləsinə qədər sürətlə irəliləyib cəbhə xəttini yarmağa imkan verə bilərdi. Bundan əvvəl Donbass ətrafında vəziyyətin  kritik ölçülərdə gərginləşdiyi və Rusiyanın Ukrayna sərhədlərinə 120 minlik qoşun qruplaşması cəmləşdirdiyi bir vaxtda Birləşmiş Ştatlar iki döyüş gəmisinin Qara dənizə keçməsinə icazə almaq üçün Türkiyəyə sorğu vermişdi. Lakin daha sonra ABŞ bu soruğunu geri çəkdi, prezident Cozef Bayden Rusiya prezidenti Vladimir Putinə zəng vurdu və tərəflər gərginliyi azaltmaq barədə anlaşdılar. Rusiya müdafiə naziri Ukrayna sərhədlərinə cəmləşdirilən qoşunlara daimi dislokasiya yerlərinə çəkilməyi əmr etdi.Lakin Birləşmiş Ştatlar hərbi komandanlığı bu günlərdə bildirib ki, Rusiya qüvvələrin ancaq bir hissəsini geri çəkib və Ukrayna sərhədləri yaxınlığında hələ də xeyli sayda döyüş texnikası, canlı qüvvə qalmaqdadır.

ABŞ Ukraynanı Rusiyanın gözlənilən təcavüzü qarşısında müdafiə edəcəyinə söz verib, amma bunun necə baş verəcəyinə dair aydın təsəvvürlər yoxdur. Belə ki, ABŞ Ukraynaya dəstək üçün Qara dənizə gəmilər göndərsə onlar Rusiya üçün asan hədəfə çevrilə bilərlər. Çünki Qara dənizdə Rusiyanın çoxsaylı döyüş gəmiləri var, Krımda isə dəniz hədəflərini məhv etmək üçün güclü raket sistemləri yerləşdirilib. Amma ABŞ gəmiləri Egey dənizindən zərbə endirsə Rusiya aviasiyası onlara qarşı hansısa tədbir görə bilməzdi.

Hazırda Donbass ətrafında vəziyyət gərgin olaraq qalır, amma Ukrayna ordusu separatçıların nəzarətində olan ərazilərə hücum etmək planlarını hələlik təxirə salıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki