image-photo-2021-10-22-15-19-29backend

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi.

image-reklam_sirab_01

Azərbaycanın ən səfalı guşələrindən biri də Füzuli rayonudur. İlk adı Qarabulaq olan rayonun əsası 1827-ci ildə qoyulmuşdur. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alan rayon daha sonra Qaryagin adlandırılmışdır. Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibəti ilə Qaryagin adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır.

Mədəniyyətinin inkişafıana görə fərqlənən Füzili rayonunda işğala qədər 2 müzey, 79 klub, 90 kitabxana, 20 mədəniyyət evi mövcud olmuşdur. Alın təri ilə çörəyini qazanmaq, əmək sevgisi füzulilərin yaşam tərzi olmuşdur. Həmçinin Azıx mağası, memarlıq abidələri, mədəniyyəti ilə tanınan Füzuli təəssüf ki, Ermənistan silahlı qüvvələri bu bölgəmizi 23 avqust 1993-cü ildə işğal etmişdir.

1994-cü ildə aparılmış hərbi əməliyyatların nəticəsində 23 yaşayış məntəqəsi azad edilmişdir. Hal-hazırda 70 minə yaxın füzulili öz yurd-yuvasında yaşayır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu sentyabrın 27-də başladığı əks -hücum əməliyyatı nətisində Azərbaycanın ərazi bütovlüyü bərpa edildi. Azad olunan rayonlar arasında Füzuli də var.

Füzulinin azad olunması ilə Zəngilən və Qubadlı rayonlarının işğaldan azad olması üçün şərait yarandı. Füzulinin azad olunması düşməni sıxışdırdı. Onlar ya İran ərazisinə qaçmalı, ya da məhv olmalı idilər. Rayonun düşmən tapdağı altından xilas edilməsi ilə Şuşa şəhərinə yaxınlaşdıq.

İşğal edilən rayonun mərkəzi və 51 kəndi məhv edilmiş, 55 min sakini didərgin salınmışdır.

Artıq biz doğma torpaqlarımıza qayıtmışıq. İşğaldan azad edilən hər bir qarış torpağımızda həyat yenidən başlayacaq. Yurdlarından didərgin salınmış vətəndaşlar doğma torpaqlarına qayıdacaq.  Şanlı ordumuz tərəfindən azad olunmuş torpaqlarımız çiçəklənərək, ölkəmizin qüdrətini bütün dünyaya yayacaq.

 

Bakı Qızlar Universiteti

Nilufər Ocaqlı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki