İşğaldan azad edilən ərazilərdə mövcud olan ot tayaları müxtəlif yollarla bölgələrdə və paytaxt Bakıda ot bazarlarında satılır.
Adının açıqlanmasını istəməyən mənbədən Vətəninfo.az-a verilən məlumata görə, müəyyən şəxslər işğaldan azad edilən ərazilərdə, xüsusən də Zəngilan, Qubadlı, Hadrut və Cəbrail rayonlarında ermənilərin işğaldan əvvəl topladıqları ot tayalarını münasib qiymətə ərazidən çıxararaq satırlar.
Məlumatda qeyd edilir ki, Qarabağdan gətirilən ot presləri, digər rayonların ot presləri ilə müqaisədə 30-40 qəpik bahadır. Amma buna baxmayaraq heyvandarlıqla məşğul olan iş adamları bu ot preslərin alırlar.
Maraqlısı budur ki, rəsmi dövlət orqanlarının icazəsi olmadan işğaldan azad edilən ərazilərə daxil olmağın qadağan olunduğu bir zamanda, bu ot preslərini kimlər və necə bu ərazilərdən çıxara bilirlər?
Yəqin ki, hüquq mühafizə orqanları əməkdaşları bu istiqamətdə araşdırma aparmağa borcludurlar.