Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti Sizin müdrik rəhbərliyiniz altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycan Respublikasının dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaratmışdır. Bunun nəticəsində ölkənin iqtisadi qüdrətinin daha da artırılması, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan dövlət quruculuğu siyasətinin əsas hədəflərindən biri olan iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanmışdır.
Məlumdur ki, qiymətli kağızlar bazarı maliyyə bazarının seqmentlərindən biridir. Qiymətli kağızlar bazarı pul vəsaitlərinə olan tələblə onun təklifinin qarşılıqlı əlaqədə olduğu münasibətlərdən ibarətdir. Qiymətli kağızlar bazarı kapitalın effektli sahələrə axınını təmin edir, iqtisadiyyata çeviklik verir ki, bu da pul ehtiyatlarının bir sahədən digər sahəyə keçməsini təmin edir və son nəticədə iqtisadi inkişafın tempini artırır. Qiymətli kağızlar vasitəsilə pul vəsaitlərinin pula ehtiyacı olanlara verilməsi prosesi baş verir. Həm də bu proses inzibati amirlik metodları deyil, maddi maraq və könüllülük prinsipi əsasında həyata keçirilir. Dövlət qiymətli kağızları isə dövlət xərclərinin maliyyələşməsinə, bank sisteminin likvidliyini təmin etməyə, cəmiyyətdə sosial-iqtisadi inkişafa və digər problemlərin həllinə müsbət təsir edir. “Qiymətli kağızlar və onlarla əməliyyatlar” fənninin ali məktəblərdə tədris edilməsinin çox böyük əhəmiyyəti vardır. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində orta və iri müəssisələr səhmdar cəmiyyətlərinə çevrilirlər. Bu səhmdar 4 cəmiyyətlərinin səhmləri minlərlə səhmdarlara satılır və səhmlərin idarə edilməsi və onlarla əməliyyatların aparılması zərurəti yaranır.
Hansısa bir müəssisənin səhmlərinin qiyməti qalxırsa, bu bir qayda olaraq həmin müəssisənin yaxın və gələcək dövrlərdə təsərrüfat fəaliyyətinin inkişaf perspektivlərindən bazar iştirakçılarına məlumat verir. Digər iqtisadi təhlillər aparmaqla fond bazarının və ümumiyyətlə bütövlükdə mövcud iqtisadi durumun vəziyyəti hadisələrin inkişaf prizmasından keçirməklə məlumatlar hazırlana bilər. Qiymətli kağızların kurs dəyərinin dəyişməsi işgüzar aktivliyin güclənməsi və ya aşağı düşməsinə səbəb olur və onlar real bazar qiymətlərinə birbaşa təsir göstərir. Bu qa-nunlarda istisnalar da ola bilər, ancaq çox hallarda fond bazarının iqtisadi fəaliyyətində həmin dəyişikliklər nəzərə alınır. Bütün baş verən dəyişikliklər və fond bazarında yaranmış vəziyyət iqtisadiyyatın gələcəyi haqqında yekunlaşdırıcı məlumat verir.
Hər müəsisə istəyir ki, müştəriləri və ya qazancları daha artıq olsun. Bunun üçün marketinq işləri — hədəf müştəri bazası, rəqib analizi kimi metodlardan istifadə edirlər. Lakin unutduqları bir məsələ var — Müştəri məmnuniyyəti.
Şirkət satışlarının artmasına təşviq edən əsas amillərdən biri müştəri məmnuniyyətidir. Müştərini məmnun etmək üçün xidmətin vəd olunduğu keyfiyyətdə təmin olunması və satış sonrası müştəri dəstəyi olduqca əhəmiyyətlidir. Bir şirkətin mövcud müştərisi ondan razı qalırsa burada “ağızdan-ağıza” marketinqin təməli atılır və göstəriş olsun deyə sadiqlik proqramı çərçivəsində ad günündə tort göndərməyə ehtiyac qalmır.
Klassik marketinqdə marketoloqlar üçün ən vacib amil yeni müştəriləri tapmaq idi. Onlar bütün güclərini, mövcud müştərilər ilə əlaqələrini inkişaf etdirmək yerinə, yeni müştərilər əldə etməyə sərf edərdilər. Əldə edilən hər yeni müştəri böyük bir sevinclə qarşılanardı. Xidmətdən yararlanan əvvəlki müştərilərə isə daha az xidmət edilirdi.
Bu gün vəziyyət (müasir marketinq) isə keçmişdə olanın tam əksidir. İndiki müəssisələrin əsas məqsədi, var olan müştərilərin müəsisəyə bağlı qalmalarını təmin etmək və edilən iş həcmini genişləndirməkdir.
Bu gün müəssisələr hər bir müştərini əldə etmək üçün çox pul xərcləyirlər. Müəssisə də var ki, rəqiblərindən müştəriləri oğurlamaq üçün vaxt və pul xərcləməkdədir.Əslində bu vəziyyəti müsbət hal kimi qarşılayıram. Çünki müəssisə hər hansı bir pis xidməti ilə öz müştərisini itirərək, rəqibinə vermək istəmir. Buna görə istər-istəməz müştəri məmnuniyyətini anlayır və ön plana çıxardır.
Müəssisələrin rəqabət şəraitində olduğu bir zamanda, onların atacağı ən vacib addımlardan biri, müştərinin müəssisədə daimi saxlanılmasıdır. Bunun üçün müəssisə müştərinin bütün ehtiyaclarının tam qarşılamalıdır.
Müştərinin istək və ehtiyaclarının ən yaxşı şəkildə qarşılanması ilk növbədə müştərinin məmnun edilməsidir. Bu hal baş verərsə, müştəri müəssisəyə bağlanır və müəssisənin daimi müştərisi olaraq qalır.
Bir şirkətin göstərdiyi yaxşı xidmət, müştərilərin məmnuniyyəti artmasına səbəb olur və bu müsbət hadisə də istər istəməz müştərilərin öz aralarında yaxşı xəbər kimi yayılmasına gətirib çıxardır.
Məmnun qalmayan bir müştəri, qarşına çıxan bütün şəxslərə xidmət haqqında narazılığını izah edər. Bu fikirləri eşidən insanların əksəriyyəti də bu problemi ən azı 10-20 adama izah edir və beləcə bu proses davam edər.
Ortaya çıxan bu mənfi sözləri düzəltmək üçün heç bir reklam kampaniyası işə yaramaz, düzəlsə də asan düzəlməz.
Bu ifadələrimi təlimlərimdə, istərsə də təlimlərimdən kənar həmişə qeyd etmişəm.
Onu da bilirik ki, bu gün qlobal rəqabət mühitində müəssisələrin ən əhəmiyyətli aktivlərinin müştəriləri olduğu danılmaz bir gerçəkdir.
Belə ki, müəssisə istehsal etdiyi məhsul və ya xidməti müştərisinə yaxşı təqdim etdiyi halda, bunun nəticəsini qarşılıqlı görür. Bu gedişat müəssisənin rəqabətə dəyanıqlığını və inkişafını davam etdirir.
Bəzi müəssisələrin planında müştəri məmuniyyəti qeyd edilməyibsə (və yaxud qeyd edilib, əməl edilmirsə) bu dövürdə həmin şirkətin məhsullarının çox satılmayacağına əlbətdə şübhəmiz yoxdur.
İlk növbədə onu bilməliyi ki, müştərilər bir müəssisənin sahib olduğu ən dəyərli varlıqlardır. Müştəri bir işin, ideyanın meydana gəlmə səbəbidir. Hamımız çox yaxşı bilirik ki, müştəri olmazsa nə müəssisənin qurulmasının nə də məhsul-xidmət çıxarmanın bir mənası yoxdur.
Məhz buna görə də müasir marketinq anlayışı, müəssisələrin funksiyalarının tam mərkəzində müştəri anlayışını qoyur.
Müasir marketinq anlayışı ilə müəssisə fəaliyyətinin mərkəzinə yerləşən müştəri hər müəssisənin varlığının və müvəffəqiyyətinin təməlini meydana gətirər. Əslində müəssisə rəhbəri və işçiləri, müştərini müdir kimi qəbul etməlidir. Çünki müəssisənin gəlirini, gələcəyini, zəmanətini müştəri təmin edir.
Nəbiyeva Fidan
Nəsimi rayon