Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Vətəninfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Püşkatmada Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edib.
Qeyd edək ki pley-offun ilk oyunları 11-12 fevral tarixlərində, cavab görüşləri 18-19 fevralda keçiriləcək.
UEFA Çempionlar Liqası: Pley-off mərhələsinin cütləri
“Brest” – PSJ (Fransa)
“Monako” – “Benfika”
“Sportinq” – “Borussiya” (Dortmund)
“Brügge” – “Atalanta”
“Seltik” – “Bayern”
“Mançester Siti”– “Real”
“Yuventus” – PSV (Niderland)
“Feyenoord” – “Milan” (İtaliya)