1918-ci ildə Qafqazda üç Respublika yaranadan sonra Gürcüstanda yaşayan soydaşlarımızın çoxunluq təşkil etdiyi Borçalıdan azərbaycanlıların Azərbaycan Cümhuriyyətinə birləşmək cəhdlərini əks etdirən arxiv sənədi.
Sənəddə yazılır:
“25 iyul 1918-ci il. Biz, aşağıda imza edənlər, Kaçaqan, Sadaxlin, Kerplin, Denurçi, Qasanlin və Gearx cəmiyyətlərinin nümayəndələri və Yekaterininski rayonu müsəlmanları bu qurultaya toplaşaraq qərara gəldik ki, Borçalı rayonunda yaşayan bütün müsəlmanlar hansı səbəbdən ƏRIZƏYƏ qoşulurlar?
Gürcüstanın, mahalın çox hissəsinin müsəlmanlar olmasına baxmayaraq; xalqın öz müqəddəratını təyin etməsini nəzərə alaraq qərara alındı:
Azərbaycan hökumətindən xahiş edək ki, biz müsəlmanlar Borçalı mahalının Gürcüstana deyil, doğma Azərbaycana birləşdirilməsi üçün petisiya qaldırsın. Coğrafi şəraitə, dinə və bütün adət-ənənələrə görə biz bütünlüklə Azərbaycana aidik. Biz qəti şəkildə xahiş edirik və bəyan edirik ki, biz Gürcüstanı tanımırıq və ona tabe olmayacağıq və haqqımızı son damla qanımıza qədər müdafiə edəcəyik.
Biz bunu imzalayırıq: bu hökmü qırx altı nəfər imzalayır”.
Qeyd edim ki, Cümhuriyyət dövründə dövlətin ərazi siyasəti ilə bağlı qarşısında duran beş əsas məsələdən biri də Borçalıdan kütləvi şəklidə gələn və əhalinin Azərbaycan Cümhuriyyətinin ərazi vahidi olması ilə bağı məktublara cavab olaraq addımlar atmaq idi..
O illərdə 90 faiz əhalinin müraciəti olmuşdur ki,” biz Gürcüstan yox Azərbaycan ərazisiyik və öz dövlətimizlə birləşmək istəyirik”
Gürcüstan 26 may 1918-ci ildə öz müstəqilliyini elan etdi. Qeyd edim ki, Gürücüstanın müstəqil dövlət olması tarixi Azərbaycan torpağı olan Borçalı üzərində qurulub. Osmanlılar Batumu istəyirdilər və gürcülərlər ermənilər onlara müharibə etmək istəyirdi. Azərbaycan osmanlılarla müharibədən imtina etməsəydi və Zaqafqaziya seymi dağılmasaydı Gürcüstan əsla müstəqil olmayacaqdı. Osmanlılar Batumi alacaqdı və Borçalı da Azərbaycan ərazisində qalacaq idi. Almaniyanın təkidi və dəstəyi ilə yaradılan Gürcüstan bu gün böyük bir Azərbaycan ərazisi üzərində hakimiyyət qurub. Borçalını işğal edib və oranın Azərbaycana birləşməsi üçün bütün təkidinə baxmayaraq almanlara güvənib Borçalını işğal altında saxlayıb.
Bu gün Gürcüstan və Ermənistan tarixi Azərbaycan torpaqlarında müstəqil olublar. Əks təqdirdə onların müstəqil olması üçün coğrafi şərait yoxdur idi.
Bu dövlətin yaranmasında mühüm rol oynayan alman hərbi hissələri Borçalıya daxil olurlar. Qasımlı kəndindən 65 pud taxıl müsadirə edən almanlar Sarvan kəndi əhalisinin hədələyərək onlardan 150 min qızıl rubl ödəməyi tələb etmişdilər. Belə gərgin bir şəraitdə Borçalı türkləri “Qarapapaq xanlığı” yaratmaq qərarına gəlmişdilər. Onlar bu niyyətlərini həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə bildirdilər: “…İndi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir. Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla ”Qarapapaq” xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis də daxil olmaqla, bizi Azərbaycan tərkibinə qatsın”
Belə gərgin bir şəraitdə Borçalı azərbaycanlıları dəfələrlə Azərbaycana məktub yazırdı….
Azərbaycan Cühmuriyyətinin dövlətimizin torpaqlarını və sərhədlərini nə qədər qoruduqlarl qəbul etdikləri sənədlərdə öz əksin tapır.
Borçalı uğrunda erməni və gürcülərin hay küyn salmalarına qarşı olaraq Azərbaycan Xarici İşlər nazirliyinin Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan, Ermənistan Xarici İşlər nazirinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851 N-li teleqramında Borçalıdakı sərhəd mübahisələri ilə bağlı Gürcüstan və Ermənistan Respublikaları arasında gedən silahlı toqquşmalara təəssüflənilir və qətiyyətlə onlara xatırladılırdı: “Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
Həmin dövrdə keçmiş Rusiya İmperiyası ordusunun müsəlman diviziyası Qarayazıda qaldı, Gəncədə isə o zaman Türk qüvvələri yerləşirdi. Nəticədə, Gürcüstan tərəfinin öz nəzarətini daha da genişləndirmək cəhdlərinin qarşısı alındı.
1921-ci ildə Cənubi Qafqazda ərazi mübahisələrin həllinə bolşeviklər gələndə Cənubi Qafqazda üç respublika arasında hərəsinin hərəyə qarşılıqlı ərazi iddiaları var idi. Gürcüstanla Azərbaycan arasında mübahisəyə gələndə, Zaqatala və Borçalı mübahisə predmeti olan iki böyük ərazi idi. Azərbaycan Zaqatalanı özündə saxladığı halda, Gürcüstan özündə Borçalını saxladı.
Çox heyf ki,Gürcüstan da Azərbaycana xəyanət etdi. Ermənilərlə əlbir hərəkət edərək tarixi torpaqlarımıza sahib oldular. Gürcülər tarixin bütün dövrlərində bizə xəyanət ediblər. Biz buna baxmayaraq onların ayaq üstündə qalmasına səbəb olmuşuq. Ancaq bunun da bir sonu var. Biz əlimizi çəksək nəinki Gürcüstan iqtisadi çətinlik yaşayacaq, eyni zamanda unudurlar ki, ermənilərin hədəfində onlara məxsus torpaqlar da var. Bura Samtsxe-Cavaxeti diyarı və ya Samtse-Cavaxetiya adlanır.
Zaur Əliyev dosent