Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan verilən xəbərə görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.***
12:38
Ağcabədidə dəhşətli hadisə baş verib.
Vətəninfo.az xəbər verir ki, hadisə rayonunun Hindarx qəsəbəsində qeydə alınıb.
Yaşayış evində baş verən partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilir.
Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən Vətəninfo.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, araşdırma aparılır.