“Qarabağ”ın daha bir lider futbolçusu klubu tərk etməyə yaxındır.
Yarımmüdafiəçi Yassin Benzia karyerasını Qətərdə davam etdirə bilər. Bu ölkənin “Umm-Salal” klubundan təklif alan əlcəzairli futbolçunun cavabı müsbət olub. Tərəflər bütün məsələlərdə razılığa gəlib. Bu barədə həm Fransa, həm də Əlcəzair KİV-ləri məlumat yayıb.
Transferin reallaşması üçün Qətər təmsilçisi “Qarabağ”la danışıqlar aparır. 30 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Qeyd edək ki, qış transfer pəncərəsinin əvvəlində Juninyo 5 milyon avro qarşılığında “Qarabağ”dan “Flamenqo”ya transfer olunub.