Ukrayna hücumu bitənə qədər F-16 qırıcıları almayacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə NATO-nun hərbi komitəsinin sədri Rob Bauer məlumat verib. LBC-yə müsahibəsində admiral əlavə edib ki, hücumun sonuna qədər ukraynalı pilotları və texniki mütəxəssisləri hazırlamaq və təyyarələrin maddi-texniki təminatını təşkil etmək mümkün deyil.
Bundan əvvəl Zalujnı şikayət etmişdi ki, Vaşinqtonun təhvil verə biləcəyi Amerika F-16-larının payıza qədər gəlmə ehtimalı azdır.


























