Bu gün saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib. “Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Veteninfo.az xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.


























