Almaniyanın xarici işlər nazirinin stilisti Annalena Berbokun xidmətləri federal büdcəyə gündə təxminən 9 min avroya başa gəlir. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 2022-ci ildə Burbok vergi ödəyiciləri üçün ən bahalı hökumət naziri olub. Bununla bağlı xərclər 136 min avro təşkil edib.
Qəzet iddia edir ki, “feminist xarici siyasət pioneri” təsdiq edilmiş tarifə uyğun olaraq vizajistinə gündə 8925 avro ödəyib.
“Bild”in məlumatına görə, təkcə bu ilin birinci yarısında Almaniyanın federal nazirliklərində bərbər, vizajist, kosmetoloq və fotoqrafların xidmətlərinə görə xərclər təxminən yarım milyon avro təşkil edib.
Qəzet yazır ki, tanınmış alman konstitusiya hüquqşünası professor Kristian Hillqruber yüksək xərcləri “hüquqi baxımdan şübhəli” və “siyasi baxımdan çirkin” adlandırıb.
Vergi Ödəyiciləri Assosiasiyasının prezidenti Rainer Holznagel öz növbəsində bildirib ki, vətəndaşlara siyasətçilər üçün vizajistlərin və saç stilistlərinin xidmətindən istifadə etmək üçün niyə vergi ödəməli olduqlarını çatdırmaq çətindir. O, məmurları və siyasətçiləri gözəlliyə görə öz ciblərindən ödəməyə çağırıb.