Azərbaycan neft ixracı sahəsində xüsusi diqqəti cəlb edir. Bunlarla yanaşı həm də Azərbaycan güvənli bir tərəfdaşdır.Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Son 30 ilin başlanğıcında Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutduğu üçün Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Nəzər salsaq, görərik ki, 1994-də xarici şirkətlərlə imzalanmış sazişdə bu gün gün də 1 cümlə dəyişməyib. Azərbaycandakı yataqlar, həmçinin yeni kəşf yataqları qara qızılın dünya ixracatın təsir göstərir. Azərbaycan hökuməti qara qızıl gəlirlərinin böyük bir hissəsini xalqın güzəranının yaxşılaşdırılması üçün çalışır. Azərbaycanda qaza olan tələbat artdığı üçün bizə yeni müqavilələr lazımdır. Avropanın bir sıra ölkələri bizim neft strategiyamızı hər zaman dəstəkləyib. Buna görə də yeni addımlar atmağın vaxtıdır. Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Enerji mənbələrimiz artırılmaqdadır. Burada Xəzər dənizinin böyük potensialı var. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Vətən müharibəsindən sonra Kəlbəcər və Laçının enerji potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Azərbaycanın iqtisadi inkişafı özünü enerji və neft-qaz sahəsində də göstərməkdədir.
Aypara Babayeva /Nəsimi rayon sakini