Nepalın şimalında ötən həftə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib.
Vətəninfo.az xəbər verir ki, Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Orqanının məlumatına görə, indiyədək 903 nəfərin meyiti aşkarlanıb. Daşqınlar nəticəsində 10 461 nəfər xilas edilib.
Hazırda təxminən 4 200 nəfərin itkin düşdüyü bildirilir. İtkinlər arasında 592 xarici vətəndaşın olduğu qeyd edilir.
Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında qəfil daşqın baş verib. İlkin məlumatlara görə, buna Tibet ərazisində baş verən zəlzələ və ardınca yaranan torpaq sürüşməsi səbəb olub. Torpaq sürüşməsi Lhende çayının qarşısını kəsib və nəticədə Bhote Koşi çayında suyun səviyyəsi kəskin yüksəlib.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.


























