image-1531113174_rr-45-1backend

Nəsib Məhəməliyev özəlləşdirdiyi baxçanı SATIR

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, 8 il Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olan,hazırda millət vəkili Nəsib Məhəməliyevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.

Məlumatda deyilir ki, sabiq icra başçısı,hal-hazırda deputat olan Nəsib Məhəməliyev vəzifədə olduğu zaman rayon ərazisində, 4-cü Mikrayon Mircəlal Paşayev küçəsində 5 mərtəbəli binaların həyətində Heydər Əliyev Fondu adından uşaq baxçası kompleksi inşaa etdirib. Bir çoxları,o cümlədən də ərazidə yaşayan vətəndaşalar seviniblər ki, uşaqlarının baxçaya aparmaları üçün elə də uzaq məsafə qət etməyəcəklər və yeni inşaa edilən baxçada uşaqları tərbiyyə alacaq. Məlumata görə, ölkəmizin 1-ci xanımı, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun prezidenti,Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə məktəb və baxçalarla bağlı həyata keçirdiyi çoxşaxəli proqramlardan istifadə edən Nəsib Məhəməliyev icra başçısı olduğu dövürdə fondun adından istifadə edərək,məhz Mehriban xanım Əliyevanın babası Mircəlal Paşayevin adını daşıyan küçədə 2 mərtəbəli,təqribən 200 uşaq yerli olan baxça kompleksini inşaa etdirir.Amma icra başçısı vəzifəsəsindən uzaqlaşdırıldıqdan sonra,inşaa etdiridiyi baxçanı təhfil verdirmir.
Məlumatda deyilirv ki, Nəsib Məhəməliyev bu baxçanı həyat yoldaşının adına özəlləşdirib və baxçanın fəaliyyətinə icazə verilmədiyinə görə, qapısına qıfıl vurduraraq, ağzı bağlı saxlatdırır. Nəsib Məhəməliyev ölkə üzrə baxçaların çatışmamazlığını görməzdən gələrək,Ulu Öndər Heydər Əliyevin adını daşıyan fondun adından istifadə edib inşaa etdirdiyi və həyat yoldaşının adına özəlləşdirdiyi baxçanı dövlətə,yəni həqiqi sahibinə qaytarmaq yerinə indi baxçanın binasın satışa çıxarıb.

Deputatın baxça adına inşaa olunan binaya hansı qiyməti qoyduğu bəlli deyil.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki