Netanyahu ABŞ-ın “4 İyul Müstəqillik Günü” münasibətilə təşkil edilən qəbulda İsrail ordusunun Cenin qaçqınlar düşərgəsinə başlatdığı havadan və qurudan hücumdan danışıb.
Vətəninfo.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ordunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə havadan və qurudan hücumunun “lazım olduğu müddətcə davam edəcəyini” deyib.
İsrail hökumətinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Netanyahu ABŞ-ın “4 İyul Müstəqillik Günü” münasibətilə təşkil edilən qəbulda İsrail ordusunun Cenin qaçqınlar düşərgəsinə başlatdığı havadan və qurudan hücumdan danışıb.
Netanyahu “Cenindəki əməliyyat lazım olduğu müddətcə və məqsədini tamamlayana qədər davam edəcək” deyib.
Ceninin son vaxtlar “terror mərkəzinə” çevrildiyini iddia edən və buna imkan verməyəcəklərini müdafiə edən Netanyahu İsrail ordusunun xüsusi təyinatlıları, komandoları və hava qüvvələrinin “Cenində fəaliyyətlərini” davam etdirdiyini bildirib.
Cenində “mülki insanlara zərər verməmək üçün maksimum səy göstərdiklərini” iddia edən Netanyahu “Aparıcı şüarımız bəllidir; israillilərə zərər vermək istəyən ya həbs ediləcək, ya da məzara gedəcək” ifadəsini işlədib.
Xarici İşlər Nazirliyi isə İsrail qüvvələrinin Cenin şəhərinə basqını pisləyib.
Bundan başqa, İordan çayının qərb sahilindəki Əl-Bire şəhərində də İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli başından güllə yarası alıb və ölüb.
İsrailin hücumunun həyatın hər sahəsinə mənfi təsir göstərdiyi Cenində infrastrukturun zədələnməsi səbəbindən Cenin qaçqınlar düşərgəsinə elektrik və suyun verilə bilmədiyi açıqlanıb.