image-nigerbackend

Nigeryalı “kral” Tiflis bələdiyyə sədrliyinə namizəd oldu

image-reklam_sirab_01

Gürcüstanda 2 oktyabrda keçirləcək yrli özünüidarəetmə orqanlarına,bələdiyyə seçkilərdə olduqça maraqlı bir namizəd də yarışır. Bir neçə il əvvəl Gürcüstana köçən “İbo qəbiləsinin kralı” olaraq tanınan Nigeryalı Arinz Riçard Ogbunuju, bələdiyyə sədrliyin hədəfləyir.

Veteninfo.az xəbər verir ki,Gürcüstanda 2 oktyabrda keçiriləcək yerli seçkilərdə,paytaxt Tiflis bələdiyyə sədrliyinə namizəd olan Nigeryadakı “İbo qəbiləsinin kralı” Arinz Riçard Ogbunuju, seçkilərdə qalib gələcəyi təqdirdə Tiflisə xarici investorların daha çox sərmayə qoyması üçün səy göstərəcəyin bəyan edib.
Məlumata görə, Gürcüstanın tarixində ilk dəfə, Nigerya əsillı qara dərili bir iş adamı seçkilərdə Tiflis bələdiyyə sədri olmaq üçün diğər siyasi rəqibləri ilə mübarizə aparacaq.

Gürcüstan Mərkəz Seçki Komissiasının rəsmi internet səhifəsində yayımlanan məlumata görə, müxalifət partiyası”Bizim Birləşik Gürcüstan” tərəfindən Tiflis Bələdiyyə sədrliyinə namizəd kimi, Gürcüstan vətəndaşlığı da olan Ogbunuju irəli sürülüb.Məlumata görə, Nigeriyalı iş adamının namizədliyi açıqlandıqdan sonra,yerli və xarici media Ogbunuju ilə bağlı davamlı ilk sıradan xəbərlər yaymaqdadırlar.

Məlumata görə, Gürcüstanda ilkin olaraq parfumeriya satışı ilə bağlı biznes quran, daha sonra ikinci əl avtomobil və ehtiyyat hissələri satışı istiqamətində biznesini genişləndirən,bu sahədə müxtəlif iş sahəsinə sahib olan Ogbunuju, gürcü dilində öz ana dil səviyəsində danışa bilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki