image-1677060887_arzuman-teze-1-2backend

Nikol Paşinyan həm Qərbi, həm də Rusiyanı aldadır – Arzuman Muradlı

image-reklam_sirab_01

“Müharibənin başa çatmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq rəsmi İrəvan sülh müqaviləsini bağlamağa tələsmir. Ermənistanın baş naziri Nikol Paşinyan və komandası çirkin siyasət həyata keçirərək dünyanı aldatmaqla məşğuldur” –Vətəninfo.az-a açıqlamasında bu fikirləri “Mili İnkişaf” İctimai Birliyinin sədri, politoloq  Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, 44 günlük savaşda erməni  xalqı 30 il boyunca öz hakimiyyətinin yürütdüyü yanlış işğalçılıq siyasətinin bədəlini ödəyib, tənəzzülə məhkum olub, rəzil gündə yaşayıb. İndi də sülh müqaviləsi uzansa və ya Ermənistan hakimiyyəti həmin müqavilənin imzalanmasını ləngitməyə çalışsa yenə də ilk növbədə itirən özləri olacaq.

“Çünki Azərbaycanın strategiyası, yolu bəllidir, Azərbaycan məntiq, həqiqət və ədalət üzərindən hərəkət edir və bu istiqamətdə Ermənistan da ən doğru olanı etməlidir, reallıqla barışmalıdır. Etməsə, barışmasa növbəti yanlışına imza atacaq.” -politoloq əlavə edib.

” Paşinyan  tez-tez  sülh müqaviləsi haqda sözlər, fikirlər səsləndirir. Amma o verdiyi sözə əməl etmir. Bu gün Nikol Paşinyan 3-lü siyasət həyata keçirərək həm Rusiyanı, həm də Qərbi aldadır. Nikol Paşinyan öz siyasəti ilə sülh müqaviləsini bağlamaqdan yayınmaq istəyir. Amma anlamır ki, ilk olaraq Rusiya ona xəyanət edənləri bağışlamır.  Rusiya lideri Vladimir Putin də artıq Paşinyana güvənmədiyini açıq bəyan edir. Görünən isə odur ki, Paşinyanın siyasəti nəticəsində Ermənistan dalana dirənib. Artıq bəllidir ki,  sülh müqaviləsi bağlamaqdan başqa  Ermənistanın yolu da yoxdur. Çünki Azərbaycan yetərincə güclüdür, Azərbaycan qalib tərəfdir və ən azından söylədiyim səbəblərə görə Ermənistan ağıllı olmağa məcburdur. Hətta məhkumdur. Ermənistan yenə öz keçmiş və ənənəvi yoluna davam etsə, yenə köhnə siyasətini yürütsə bu dəfə cavabı daha ağır olacaq. Üstəlik, artıq burada Brüssel təsiri də var. Daha dəqiq söyləsəm, Brüssel görüşündə verilən mesajlar da diqqətdən yayınmamalıdır və Ermənistan gec də olsa anlamalı, dərk etməlidir ki, sülh müqaviləsinin imzalanması həm də öz xeyirinədir, bölgədəki ümumi sabitlik üçün gərəkdir, ən doğru yoldur, ən düzgün strategiyadır”, – deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki