image-pasikbackend

Nikol Paşinyan sadəcə olaraq həqiqəti etiraf etdi-MƏŞHUR MƏMMƏDOV

image-reklam_sirab_01

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ötən gün hökumətin 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Ermənistanda ŞOK yaradacaq açıqlama ilə çıxış edib.

Paşinyanın  açıqlamasında  deyir: “Ölkəmizin müdafiə strategiyasına gəlincə, hökumət proqramında biz artıq vurğulamışıq ki, Ermənistan Respublikası da hər bir sülhsevər dövlət kimi, silahlı qüvvələrini təcavüzə deyil, özünü təcavüzdən müdafiə etmək üçün inkişaf etdirəcək və çevirəcək. Ermənistan Respublikasının əraziləri işğal etmək niyyəti yoxdur”.

Paşinyanın Ermənistan hökumətinin yüksək tribunasından açıq şəkildə ölkəsinin 30 ildən artıqdır Azərbaycana qarşı təcavüzkarlıq etdiyini deməsi belə yetərlidir ki,Ermənistan beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə cəzalandırılsın.

Milli Məclisin üzvü Məşhur Məmmədov Paşinyanın bu etirafı ilə bağlı Vətəninfo.az-ın sualların cavablandırıb.

image-unnamed

Millət vəkili bildirib ki, əslində Paşinyan 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin demədiyin deyib: “Bilindiyi kimi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması,eyni zamanda Ermənistan ordusunun təcili şəkildə işğal etdiyi torpaqlardan qeyri-şərtsiz çıxması ilə bağlı BMT-nin 4 qətnaməsi mövcuddur.Bundan başqa həm ATƏT-in  bu günə kimi keçirilən sammitlərində,eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq hətəkətlərinə son qoyması,işğal etdiyi torpaqlardan çıxması üçün müxtəlif  sənədlər qəbul ediblər.Amma bütün bu beynəlxalq açıqlamaların,qətnamələrin qəbuluna baxmayaraq,Ermənistan  işğalçılığın durdurmurdu. Azərbaycan dəfələrlə beynəlxalq tribunalardan münaqişənin sülh yolu ilə baş tutmayacağı təqdirdə,müharibə yoluna əl atacağını bəyan etmişdi.44 günlük müharibə ilə Azərbaycan Ermənistanın bu işğalçılığına son qoydu.Əgər bu gün Ermənistanın baş naziri Nikol Paşinyan  ölkəsinin işğalçı bir ölkə olduğunu deyirsə,burda təccüblü bir şey yoxdu.Paşinyan sələflərindən fərqli olaraq həqiqəti deyib,ölkəsinin işğalcı ölkə olduğunu etiraf edib”. Məşhur Məmmədov vurğulayıb ki, Nikol Paşinyan  günü bu gün Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.Sadəcə olaraq Ermənistanın daxilindəki siyasi qüvvələr.eyni zamanda xarici təsirlər onu ehtiyatlı addımlar atmağa məcbur edir: “Paşinyan da gözəl dərk edir ki,ölkəsinin iqtisadi inkişafı,bölgədə nəqliyyat xətlərinin blokdan çıxarılmasından,komunikasiya xətlərinin açılmasından asılıdır.Bunun üçün mütləq şəkildə Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi,eyni zamanda sosial münasibətlər axarına düşməlidir.Düşmənçilik  otmosferi dağılmalı,regionda əbədi sülhün bərqarar olması vacibdir.Nikol Paşinyanın açıqlamsını bu mənada  vacib bir açıqlamadır”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki