image-371279_res_01backend

Nikol Paşinyan xarici siyasət kursunu dəyişir…”

image-reklam_sirab_01

“Hökümətdə bu yaxınlarda keçirilən kadr dəyişiklikləri nəzərə alsaq, elə təsəvvür yaranır ki, Nikol Paşinyan xarici siyasət kursunu dəyişir”, – Ermənistanda nəşr edilən “Qraparak” qəzeti yazır.

 

Məqalədə deyilir ki, əsas sahələrə Rusiyaya qarşı mövqe tutan şəxslər rəhbər təyin olunur. Paşinyan Vaqarşak Arutünyan kimi rusiyapərəst kadrları işdən çıxarır və onların yerinə Qərb mərkəzləri tərəfindən idarə olunan qüvvələri gətirir. Bəzən isə bu vəzifələrə düşmən dövlətlərin xüsusi xidmətləri ilə əlaqəli şəxslər təyinat alırlar.

“Bizim hakimiyyətin bu cür hərəkətləri Rusiya və rusiyapərəst dairələrin diqqətindən yayınmır, bu haqda sülhməramlılar da deyir. Sünikdə yerləşən Rusiya sülhməramlıları erməni əhalisi ilə danışanda artıq öz narazılıqlarını gizlətmir. Onlar deyirlər ki, Ermənistan-Azərbaycan sərhədində müşahidə olunan gərginlikdə Ermənistanın rəhbərliyi günahkardır, çünki hakimiyyətdəkilər Rusiyanın öz vəzifəsini yerinə yetirmədiyi barədə təsəvvürü yaratmaqdan ötrü əlindən gələni əsirgəmirlər. Bu isə yalnız bir məqsədlə edilir– regiona Qərb ordusunu gətirmək”,-qəzet yazır.

Qəzetin yazdığına görə, təsadüfi deyil ki, iki gün əvvəl Ermənistandakı Fransa səfiri Parisin Ermənistanın müdafiə sahəsində yardım məsələsi ilə bağlı təklifini müzakirə edəcəyini deyib. “ Söhbət regiona Minsk Qrupu ölkələrinin qoşunlarının yeridilməsindən gedir”, – “Qraparak” belə yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki