image-pasar-properti-di-indonesiabackend

Obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir

image-reklam_sirab_01

İqtisadiyyat sahəsi ən həssas və geniş sahədir.
Dövlət üçün əsas amillərdən biri də onun iqtisadiyyatıdır. Hal hazırda ölkəmizdə iqtisadiyyata dair məsələlər aktuallaşmışdır və bu sahədə müxtəlif əməliyyatlar aparılır. . Xüsusilə bunu da qeyd etmək lazımdır ki , iqtisadiyyat sahəsində müsbət nəticələr əldə etmək üçün hərtərəfli axtarış və araşdırmalar başlıca şərtlərdən biridir. Həmçinin Azərbaycan iqtisadi inkişafına görə dünyanın qabaqcıl ölkələri sırasındadır və ölkəmiz ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə almışdır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın iqtisadi sahədə nümayiş etdirdiyi dinamik inkişaf tempi beynəlxalq aləmdə maraq doğurmuşdur.

Azərbaycan da 20 ci əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahələrdən biri də neft sənayesidir ki, əsas etibarilə Bakı ətrafında cəmləşib. Neft sənayəsi bizim iqtisadiyyatımızın böyük bir hissəni təşkil edir.
Bununla yanaşı Azərbaycan Respublikası qeyri-Neft sənayesi sektorundada bir çox addımlar atıb.
Ölkənin qeyri-neft potensialının gücləndirilməsi, onun infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara uyğun rəqabətqabiliyyətli ixracat məhsulları istehsal etmək gücündə olan sənaye sektorunun yaradılması və inkişaf etdirilməsi zəruriliyi həm ölkənin daxili iqtisadi inkişaf modelinin, həm də dünya iqtisadiyyatının müasir inkişaf meyllərinin tələbləri ilə bağlıdır. Məhz, ona görə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində” qeyri-neft sənaye sahələrinin inkişaf etdirilməsi prioritet sahələr kimi qeyd edilmiş və onun diversifikasiyasının zəruriliyi ön plana çəkilmişdir. Qeyri-neft sənaye sahələrinin inkişaf etdirilməsi həm regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, həm də dövlət büdcəsinin gəlirlərinin artirılması və onun müxtəlif mənbələrdən formalaşdırılması, ixrac gəlirlərinin artırılması, idxalı əvəz edən və ixracyönümlü, geniş çeşidə malik sənaye məhsullarının istehsalı baxımından önəmli hesab edilir.Bununla yanaşı, kənd təsərrüfatı, turizm və informasiya – kommunikasiya texnologiyaları ölkədə qeyri-neft sektorunun inkişafında əsas prioritet səhələr hesab edilir.
Qeyri/Neft saneyesi.
Məsələn : Metallurgiya sənayesi
Azərbaycanda metallurgiya sənayesinin inkişafı üçün aşağıdakı imkanlar vardır:
1.Yerli energi ehtiyatlarının-neft və təbii qazın olması
2.Metal tələbatlı sənaye və tikinti sahələrinin olması
3.Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı
4.Bol və rəngarəng xammal bazasının və müxtəlif metal tullantılarının olması
Metallurgiya da öz növbəsində qara və əlvan metallurgiyaya ayrılır
. Qara metallurgiyaya, əsasən dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir.
Əlvan metallurgiya , əlvan metal filizlərinin hasilatından, saflaşdırılmasından, əridilməsindən və müxtəlif ərintilərin alınmasından ibarətdir.
Və s…

Qlobal pandemiya səbəbindən dünyada mal və xidmətlərə tələbat azalıb ki, bunun da nəticəsində iqtisadi aktivlik aşağı düşüb. Bu səbəbdən də bu kimi bir çox məsələlərin adekvat qiymətləndirilməsi üçün obyektiv yanaşma və dolğun məlumatlar istiqamətverici qüvvə rolunu oynayır.

Azərbaycan Dillər Universiteti
Orucova Fatimə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki