image-image_750x_64c20bb13a446backend

Oğlu intihar edən məşhur müğənni vəfat etdi

image-reklam_sirab_01

Məşhur irland müğənni Sinead O’Connor 56 yaşında dünyasını dəyişib. Vətəninfo.az xəbər verir ki, məlumatı “Irish Times” yayıb. Ölümün səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, 2018-ci ildə müğənni Sinead O’Connor İslamı qəbul edib. O, ərəbcə “şəhid” mənasını verən İslami Şahuda adını qəbul edib.

O’Konnora 1980-ci illərdə çıxan “The Lion and the Cobra” albomu ona şöhrət gətirdi. O, 1990-cı ildə “Nothing Compares 2 U” mahnısı sayəsində dünya şöhrətini qazanıb.

Ötən ilin yanvarında onun 17 yaşlı oğlu Şeyninin intihar etdiyi məlum olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image