image-ohaniyanin-oglu-veteninfobackend

“Oğlum özünü ayağıdan vurmayıb”-OHANYAN

image-reklam_sirab_01

 Veteninfo.az xəbər verir ki, bir müddət əvvəl hakim “Vətəndaş Müqaviləsi” ndən olan deputat Arpi Davoyanın Seyran Ohanyanın hərbi hissə komandiri olan oğlunun 44 günlük müharibə zamanı Azərbaycan ordusunun əzici hücumlarından sonra,özünü qəstən vuraraq cənhə bölgəsini tərk etməsinə sabiq müdafiə naziri Seyran Ohanyan münasibət bildirib. Məlumata görə, “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan Dağlıq Qarabağda 44 günlük müharibə zamanı oğlunun ayağından güllə yarası alması barədə yayılan xəbərləri gülünc adlandırıb. Ermənistanın keçmiş müdafiə naziri, Ohanyanın bildirib ki, oğlu, motorlu tüfəng bölmələrindən birinin komandiri olub və ötən ilin oktyabrında, döyüşlər zamanı yaralanıb. Verdiyi açıqlamada oğlunun yaralandığı şəraitlə bağlı bütün detallara sahib olduğunu söyləyən Ohanyanın dediyinə görə, oğlu qorxaq bir olsaydı, komanda məntəqəsini tərk etməzdi və cəbhə bölgəsinə getməzdi : “”Oğlumun tankda özünü yaraladığını söyləyirlər.Bunu deyənlər onun tank bölməsinə komandanlıq etmədiyini anlamırlar”. “.  Müdafiə Nazirliyinin keçmiş rəhbəri onu da bildirib ki, oğlu hərbi hissənin komandiri təyin olunanda Nikol Paşinyan şəxsən onu söhbətə dəvət edib, baxmayaraq ki, bu cür təyinat baş nazirin birbaşa nəzarətini tələb etmir.   Qeyd edək ki, Bu ilin aprelində Baş nazir Nikol Paşinyan parlamentin kürsüsündən digər şeylərlə yanaşı, müxalifət fəaliyyətində fəal iştirak edən keçmiş hərbçinin oğlunun mühasirəyə alma işini başa vurmadığı üçün pozulan əməliyyat haqqında danışmışdı.

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki