image-1624344928_meherrembackend

“Oradan baxanda Xankəndi ayaqlarımızın altında qalır” – General

image-reklam_sirab_01
Şuşa elə bir yüksəklikdir ki, oradan baxanda ətraf ərazilər, eləcə də Xankəndi ayaqlarımızın altında qalır. Bu səbəbdən də Şuşa qalasının azad edilməsi əməliyyatını hələ çox araşdıracaqlar.
Veteninfo.az  xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.
“Azərbaycan ordusu bu çətin vəzifənin öhdəsindən gələ bildi. Məhz Şuşanın işğaldan azad olunmasından sonra prezidentimiz Ulu Öndərin məzarı önündə onun tapşırığını yerinə yetirdiyini dedi. Bu, çox böyük xoşbəxtlikdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, heç kimin ərazisinə göz dikməyib və tək məqsədi sülh şəraitində yaşamaqdır. Biz buna mütləq nail olacağıq”, – deyə o qeyd edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki