image-img2047976backend

Özbəkistan Əfqanıstanın hərbi təyyarəsin vurdu

image-reklam_sirab_01

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Özbəkistanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Veteninfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, Hadisə avqustun 15 -də axşam Surxandarya vilayətinin Şerabad rayonunda baş verib. Pilotlar sağ qalsalar da, vəziyyəti ağırdır.Özbəkistan Müdafiə Nazirliyindən verilən məlumata görə, Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Özbəkistanın hava hücumundan müdafiə sistemi tərəfindən sərhəddən keçmək istəyərkən vurulub. Qeyd edək ki,bazar ertəsi günü İnternetdə Əfqanıstan Hərbi Hava Qüvvələrinin qəzaya uğradığı iddia edilən təyyarənin hissələrini əks etdirən fotoşəkillər və video görüntülər də yayılıb. Hadisənin Surxandarya vilayətinin Şerabad rayonunda 15 avqust axşamı baş verdiyi bildirilir. Özbəkistan Müdafiə mazirliyi təyyarənin sərhədi pozması və qəzaya uğraması ilə bağlı məlumatı təsdiqləyib, araşdırma aparıldığını bildirib. Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin Termiz şöbəsinin əməkdaşı bildirib ki, iki pilot sağ qalıb və Termizdəki xəstəxanadadır, vəziyyətləri ağırdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki