image-wwbackend

ÖZƏL-Dövlət Reklam Agentliyi hərəkətə keçdi-TARİXİ BİNALARA QURAŞDIRILAN MONİTORLAR SÖKÜLÜR

image-reklam_sirab_01

Veteninfo.az-ın əldə etdiyi məlumata görə Dövlət Reklam Agentliyi tərəfindən şəhərin mərkəzi və ətraf rayonlarda Bakı şəhərində tarixi və memarlıq binalarının vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə reydlər keçirilir. Reydlər zamanı tarixi binalar və memarlıq abidələri üzərində divarların deşilməsi və daşların korlanması ilə quraşdırılmış, şəhərin estetik görünüşünə xələl gətirən müxtəlif reklamlar və reklam monitorları müəyyənləşdirərək onların demontaj edilməsinə başlanılıb.
Reydlərdə iştirak edən memar və mütəxəssislər reklam yerləşdirənlər və sahibkarlara bir daha müraciət edərək bildirirlər ki, binalarda reklam şitləri və reklam monitorları quraşdırmadan əvvəl həmin binanın ümumu görünüşünə, onun dayanıqlığına xələl gətirə biləcək hallara yol verilməməsi üçün düşünülmüş addımlar atsınlar və nəzərdə tutduqları işləri müvafiq qaydada aidiyyəti qurumlarla razılaşdırsınlar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki