image-reklam-veteninfo
image-image_750x_64c68f599e2a7backend

Pakistanda terror aktı: Çoxsaylı ölən var

image-reklam-veteninfo

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində İslam Alimləri Partiyasının qurultayında kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 35 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Geo News telekanalı fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib.

Partlayış yerli vaxtla saat 16:00 radələrində partiya liderlərindən biri ümumi sayı təxminən 400 nəfər olan bir qrup tərəfdarı ilə danışarkən baş verib, hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.

Geo News qeyd edir ki, Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların tapılması barədə göstəriş verib.

Yerli polis hadisəyə görə məsuliyyəti hələ ki, üzərinə götürmədiyini bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki