image-engezurbackend

PAŞİNYAN: “Biz Azərbaycan prezidenti ilə dəmir yolunun yenidən işə salınması ilə bağlı razılığı təsdiqlədik”

image-reklam_sirab_01

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin görüşünün nə qədər davam etdiyi barədə məlumat verilməsə də, danışıqların mahiyyəti barədə artıq ilk məlumat var.

Veteninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycanla dəmir yolunun yenidən işə salınmasına dair razılaşmanın təsdiqləndiyini bəyan edib.
Özünün Facebook-da səyfəsində ,”Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə biz Azərbaycan prezidenti ilə dəmir yolunun yenidən işə salınması ilə bağlı razılığı təsdiqlədik”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, o, “ölkələrin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq prinsipləri əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun” hərəkət edəcək.
“Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək. Biz həmçinin təmasları davam etdirmək barədə razılığa gəldik”, – Paşinyan bildirib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki