image-pasinyanbackend

Paşinyan: “Ermənistan ordusu siyasi cəhətdən qarşısına ərazilər əldə etmək vəzifəsi qoymayacaq”

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyan 31 dekabır Yeni il münasibəti ilə erməni xalqına müraciət edib. Paşinyan siyasi yükü az olan,daha çox sosial vəziyyəti əhatə edən,hakimiyyətə gəldikdən sonra gördüyü işləri özündə ehtiva edən bir mesaj yayımlaması  diqqətdən kənarda qalmayıb.

Nikol Paşinyan mesajında vurğulayır ki,Ermənistan və Cənubi Qafqaz üçün dinc inkişaf erasının açılması siyasətinin uğuru gələcəyə inamı gücləndirmək üçün bir yoldur və bunun tək ermənilərdən asılı olmasa belə,onlar bu yolu ardıcıl olaraq davam etdirəcəklər: “ Ermənistan Respublikası və regionumuz ətrafında vəziyyəti və atmosferi dəyişdirmək. Təhlükəsizliyin təmin edilməsi bu gün bizim ən böyük problemimizdir və təcrübə göstərir ki, təhlükəsizliyi təmin etməyin ən etibarlı yolu sülhdən keçir.Eyni zamanda, əsas məsələ Silahlı Qüvvələrimizdə, ordumuzda islahatlardır. Ermənistanın peşəkar ordusu olmalıdır, üstəlik, getdikcə daha çox qadın iştirak etməlidir. Strateji nöqteyi-nəzərdən hərbi xidmətə çağırış əhəmiyyətli dərəcədə dəyişməli, müəyyən tezlikdə ömür boyu bir neçə dəfə keçirilməli olan məcburi döyüş hazırlığı təlimlərinə çevrilməlidir”. Paşinyan qeyd ddib ki,bu təlimlərin məqsədi işğalçı bir ordu yaratmaq olmamalıdır: “Ermənistan ordusu siyasi cəhətdən qarşısına ərazilər əldə etmək vəzifəsi qoymayacaq, onun vəzifəsi ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaqdır.Hökumətin bütün addımları dirçəlişə, dinc gələcəyə hesablanıb. Regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri, bəli, risklər çoxdur, lakin imkanlar da çoxdur və bizim siyasətimiz risklərin idarə olunmasına, neytrallaşdırılmasına, mövcud imkanlardan istifadəyə yönəlib”. Nikol Paşinyan çıxışında hazırda Rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan Xankəndi və bir neçə məntəqədə mövcud olan separatçı ermənilərin də könlünü almağı unutmayıb. Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin “Artsax” ermənilərinin hüquqlarının tam müdafiəsi ilə həlli onların strateji məqsədidir: “Mən bu Yeni il mesajını əlavə məlumatlarla yükləmək, çəhrayı şəkil yaratmaq istəmirəm. Aydındır ki, biz müharibənin sarsıntısını aradan qaldırmamışıq və uzun müddət də keçməyəcəyik”. Ermənistan baş nazirinin bayram mesajında ölkədəki müxalif düşərgənin və Xankəndindəki separatçıların liderini hədəf alan fikirlər səsləndirməməsini siyasi ekspertlər,onun bir neçə gün öncə vermiş olduğu açıqlamalardan sonra,yaranmış vəziyyəti bir qədər də alovlandırmamağa xidmət etdiyi fikrindədirlər.

 

Vətəninfo.az

Siyasət şöbəsi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki