image-reklam-veteninfo
image-1backend

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh artıq reallığa çevrilib

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması istiqamətində uzun yol qət edildiyini və hazırda sülhün müəyyən mənada reallığa çevrildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan bu barədə Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.

O, 2020-ci ildə baş vermiş müharibədən sonra sülhə nail olmaq istiqamətində atılan addımları xatırladaraq, Rusiya Prezidenti Vladimir Putinin həmin ilin noyabrında atəşkəsin əldə olunmasındakı rolunu xüsusi qeyd edib.

“2020-ci il müharibəsindən bəri sülhə nail olmaq üçün uzun bir yol qət etmişik. Bu kontekstdə, Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasındakı rolunu xüsusilə vurğulamaq istərdim. Lakin təəssüf ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra belə, sülhə nail ola bilmədik”, – deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, iki ölkə arasında sülhün təmin olunması üçün əsas yanaşma 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinə əsaslanmaq olub.

Onun sözlərinə görə, həmin bəyannamənin qəbul edilməsi Ermənistan və Azərbaycan arasında münaqişənin qarşısını ala bilməyib və qarşıdurma 30 ildən artıq davam edib.

Paşinyan bildirib ki, davamlı sülhün təmin olunması üçün Alma-Ata Bəyannaməsinin prinsiplərinə yenidən əsaslanmaq lazım idi və bu istiqamətdə Azərbaycan Prezidenti ilə birlikdə addımlar atılıb.

Baş nazir, həmçinin son iki ildə Ermənistan və Azərbaycan arasında atışmalar nəticəsində itki və xəsarət hallarının qeydə alınmadığını iddia edib.

“Bu gün qeyd edə bilərik ki, son iki ildə ermənilər və azərbaycanlılar arasında baş verən atışmalar nəticəsində heç bir itki və ya xəsarət alan olmayıb”, – deyə Paşinyan vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki