image-ohanyanbackend

Paşinyan Şuşa fərarisi Ohanyana qadağa qoyub

image-reklam_sirab_01

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq müdafiə naziri.44 günlük müharibə zamanı Şuşada Azərbaycan ordusunun əlindən qaçmağı bacaran Seyran Ohanyan  aprel döyüşləri ilə bağlı (4 aprel 2016-cı il müharibəsi)  parlament komissiyasının hesabatının materialları ilə tanış olmağı ona qadağan etdiklərini bildirib.

Şuşa fərarisi (Paşinyan onu belə təqdim edir)  Ohanyan bildirib ki, Paşinyan və komandası ona qarşı belə bir addım atmaqla düzgün hərəkət emirlər.Onun sözlərinə görə,parlamentarilər icra hakimiyyətinə nəzarət etməlidir.

“Hayastan” (“Ermənistan”) fraksiyasının rəhbəri olan Seyran Ohanyan əlavə edib ki, o, mdafiə nazirliyində bütün problemləri müəyyən edən və vəziyyətin təhlilini təqdim edən komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu məlumatların sahibi eks-müdafiə nazirinin özüdür və əslində bu sənədlərdə onun üçün heç bir sirr yoxdur.

“Mən komissiyanın hesabatı ilə tanış olmaq üçün icazə almaq üçün sənədləri təqdim edənlərdən biri olmuşam, baxmayaraq ki, daha çox məlumatım var”. Ohanyan vurğulayıb ki, hakimiyyətin bu iş tərzini yanlış hesab edir, çünki parlamentarilər işin materialları ilə tanış olmalı və konstitusiyanın tələbinə görə icra hakimiyyətinə nəzarət etməlidirlər.

Qeyd edək ki,  2016-cı il aprelin 2-dən 4-nə kimi Ermənistanın işğalçı ordusu, cəbhə xəttində atəşkəsi pozaraq Azərbaycan ordusuna qarşı hücuma cəht etmişdi.

Amma Azərbaycan ordusunun əks hücumu ilə düşmənin yüzlərlə əsgər və zabiti öldürülməklə yanaşı,Lələtəpə düşməndən azad edilərək,Azərvbaycan ordusu böyük bir əraziyə nəzarəti ələ keçirmişdi.

Hərbi əməliyyatların daha da artdığını görən Rusiya bölgədəki forpostu Ermənistanı qurtarmaq Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqunun köməyi ilə tərəfləri hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlməyə çağırmış və bu razılıq Moskvada  baş tutmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki