image-reklam-veteninfo
image-1backend

Peskov: “Biz ermənilərin özlərindən daha çox erməni ola bilmərik”

image-reklam-veteninfo

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı İrəvanın Avropa İttifaqına qoşulmaq niyyətini müzakirə edəcək.

Vətəninfo.az xəbər verir ki, Peskov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, yüksək səviyyəli hər bir təmas Rusiya üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Putin görüş zamanı Rusiyanın mövqeyini və arqumentlərini bir daha Ermənistan tərəfinə çatdıracaq.

Rusiya Prezidentinin sözçüsü Putinin Paşinyanla görüşünün Ermənistanın Rusiyadan uzaqlaşmasının qarşısını alıb-almayacağı ilə bağlı suala da cavab verib.

“Biz ermənilərin özlərindən daha çox erməni ola bilmərik. Təbii ki, onların gələcəyi ilə bağlı qərarı ermənilərin özləri verəcək. Biz təklif edirik ki, onlar bu qərarı referendum yolu ilə qəbul etsinlər”, – deyə Peskov bildirib.

O əlavə edib ki, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin liderləri də analoji təkliflə çıxış ediblər və bu məsələ ilə bağlı Astanada keçirilən son sammitdə müvafiq bəyanat qəbul olunub.

Peskovun sözlərinə görə, Vladimir Putin və Nikol Paşinyan arasında keçiriləcək görüşdə məhz bu məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşəcəyi daha əvvəl açıqlanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki