image-6backend

 Peskov: ”Putin  zirvə toplantısına video-konfrans vasitəsilə qatılacaq”

image-reklam_sirab_01

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Cənubi Afrikada keçiriləcək BRİKS-in zirvə toplantısına video-konfrans vasitəsilə qatılacağını söyləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bildirib.
Vladimir Putinin avqust ayında Cənubi Afrika Respublikasında keçiriləcək zirvə toplantısına video-konfrans vasitəsilə qatılacağını bildirən Dmitri Peskov deyib: “Bu, tam hüquqlu bir iştirak olacaq”.

O, zirvə toplantısına həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun qatılacağını da bildirib.
Qeyd edək ki, gələn ay BRİKS-in zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşan Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv dövlətlərdən biri kimi Rusiya lideri Vladimir Putinin toplantıya qatılacağı təqdirdə onu həbs etmək məcburiyyətindədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki