Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaqner” özəl hərbi şirkəti və onun təsisçisi Yevgeni Priqojinin üsyan cəhdi zamanı Kremlin hərəkətsizliyi ilə bağlı yayılan şayiələri cəfəngiyyat adlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əvvəl “Washington Post” bəzi anonim kəşfiyyat mənbələrinə istinadən yazıb ki, guya təhlükəsizlik xidmətləri Vaqnerin mümkün üsyana hazırlığı barədə Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib.
Kreml sözçüsü qeyd edib ki, belə məlumatı sıfır məlumatı olan insanlar yayır.


























