image-reklam-veteninfo
image-image_750x_64a31e9be6851backend

Pirojin yenə hədələdi

image-reklam-veteninfo

“Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin qiyam cəhdindən sonra ilk dəfə audiomüraciəti dərc edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Gray Zone” teleqram kanalında məlumat yayılıb.

“Bu gün sizin dəstəyinizə hər zamankindən daha çox ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “ədalət yürüşü” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz bunun çoxuna nail ola bilmişik”, – deyə o bildirib. Priqojin yaxın gələcəkdə hamının “növbəti qələbələri cəbhədə” görəcəyinə də əmin olduğunu bildirib. Priqojin gələcək planları və harada olması barədə heç nə deməyib.

Xatırladaq ki, Yevgeni Priqojinin başçılıq etdiyi “Vaqner” silahlıları üsyana başlayıb, iyunun 24-də Doni Rostova daxil olub, daha sonra Moskvaya doğru irəliləsələr də, paytaxta çatmayıblar. İyunun 24-də axşam Priqojin elan etdi ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra onlar “kolonnalarını geri çevirib” və “plan üzrə səhra düşərgələrinə yola düşüblər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki