image-364477_res_01backend

PKK əldəqayırma dronlarla hücum etməyə başladı: “beyin kartı”nı Kanada ötürüb?

image-reklam_sirab_01

Son günlər PKK terror təşkilatı Türkiyənin Diyarbəkirdəki hərbi hava bazasına, daha sonra Şırnak və Batmandakı hərbi bazalarla  əldəqayırma dronlarla  bir-birinin ardınca hücumlar həyata keçirib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bütün hallarda bu hücumların qarşısı alınıb və dronlar hərbi bazalara çatmadan zərərsizləşdirilib. Lakin PKK-nın istifadə etdiyi əldəqayırma dronlarda aşkarlanan kompüter yaddaş kartı (yaxud “beyin kartı”) əvvəllər də bu taktikaya əl atan terror təşkilatının tamamilə yeni texnologiyaya çıxış əldə etdiyini göstərir. Həmin “beyin kartı” əldəqayırma dronları aşkarlamağı və təqib etməyi çətinləşdirir.

 

Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdə yerləşən 4-cü hərbi hava bazası (Ana Jet Üs Komutanlığı) PKK-ya qarşı İraq və Suriyanın şimalında aparılan əməliyyatlarda əsas rol oynayır. Elə bu günlərdə həmin bazadan qalxan Türkiyə qırıcıları İraqın şimalında PKK-nın yüksək rütbəli komandirlərindən olan Sofi Nureddini dəqiq zərbə ilə məhv etmişdi. Bu baxımdan PKK-nın bazaya əldəqayırma dronlarla hücumu qisas cəhdi kimi qiymətləndirilir.

 

Dronların qalıqlarını araşdıran mütəxəssislər belə qənaətə gəliblər ki, onların zahirən PKK-nın daha əvvəllər də istifadə etdiyi əldəqayırma maket-təyyarələrdən ciddi fərqi yoxdur. Lakin onları radioelektron mübarizə sistemlərinə qarşı qorumağa imkan verən “beyin kartı” ilə təchiz ediblər. Bu kart sayəsində maket-təyyarə çoxlu, qarışıq radiotezliklər istifadə edə bilir və nəticədə onu radioelektron mübarizə cihazları ilə aşkarlamaq, siqnallarını pozmaq və idarəedilməz hala gətirmək çətinləşir. Üstəlik əldəqayırma dronlar çox kiçik olduğundan onları hədəfə yaxınlaşana qədər aşkarlamaq da çətindir və nəticədə bu maket-təyyarələr gecə saatlarında terror hücumları həyata keçirmək üçün əlverişli hala gəlir.

Bəs dağlarda mənzillənmiş PKK terrorçuları bu “beyin kartlarını” haradan əldə edir? İlkin təxminlərə görə bu kart Kanadada istehsal edilir və PKK-ya oradan ötürülür.

Kanada dünyanın ən böyük silah ixracatçılarından biridir və bu ölkədə güclü erməni diasporu var. Türkiyə KİV-ləri xatırladır ki, 44 günlük Qarabağ müharibəsi ərzində Azərbaycan ordusu “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə Ermənistan ordusuna sarsıdıcı zərbələr vuranda bu ölkədəki erməni lobbisi həmin təyyarələrdə yerləşdirilən, dronun “görən gözü” olaraq bilinən lazer tuşlayıcılı kameranın Kanadada istehsal edildiyini öyrənmişdi və böyük hay-küy qaldırmışdı. Nəticədə Kanada hökuməti həmin kameraların Türkiyəyə ixracına qadağa qoydu. Amma bu embarqo Türkiyə milli hərbi sənayesini əngəlləyə bilmədi və tezliklə “Baykar” şirkəti “Bayraktar”ları ASELSAN şirkətinin işləyib hazırladığı, daha üstün imkanlara malik olan analoji kameralarla təmin etməyə başladı.

 

İndi ehtimal edilir ki, məhz Kanadadakı erməni lobbisi qisas olaraq bu “beyin kartlarının” PKK-ya ötürülməsini təmin edib. Türkiyə mütəxəssisləri isə həmin kartlar üzərində araşdırma apararaq onların təhdid yaradan radiotezliklərini aşkarlayıb və nəticədə PKK-nın əldəqayırma dronlarını zərərsizləşdirmək mümkün olub. Bəlli olduğu kimi PKK ilə erməni terror təşkilatı ASALA arasında onillər əvvəl Türkiyəyə qarşı birgə hücumların həyata keçirilməsi barədə razılaşma əldə olunub. Habelə Qarabağ müharibəsi zamanı bu iki terror təşkilatı öz yaraqlılarını Ermənistanın köməyinə göndərmişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki