image-9backend

PKK  lideri məhv edildi

image-reklam_sirab_01

İraqın şimalındakı Zap bölgəsində separatçı terror təşkilatı PKK-nın dırnaqarası kommunikasiyadan məsul şəxsi Ferit Yüksel zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.  Məlumatda bildirilir ki, İraqın şimalındakı Zap bölgəsində axtarış fəaliyyətlərini davam etdirən Türkiyə Silahlı Qüvvələri 852 yüksəklikdəki təpənin üzərindəki mağarada terrorçuları aşkar edib.

“Təslim olun” çağırışlarına atəşlə cavab verildikdən sonra terrorçu gizləndiyi mağarada komandolar tərəfindən zərərsizləşdirilib.

Terrorçunun ötən il zərərsizləşdirilən “Siyabənd” kod adlı sözdə Zap bölgə başçısına yaxın adlardan biri olan “Şerzan Mava” kod adlı terrorçu Ferit Yüksel olduğu müəyyən edilib. Terrorçu Yükselin bölgədə kommunikasiyanı təmin edən sözdə rabitə başçısı olduğu müəyyən edilib.

Axtarışlar zamanı sözügedən iki terrorçunun keçmişdə gizləndikləri mağarada çəkilmiş fotoşəkili də ələ keçirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki