image-68b96648-6ab7-4e56-b1df-2dcce36535f0backend

Polad Bülbüloğlun kim əvəz edəcək?

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, on ilə yaxındır Azərbaycanın Rusiya Federasiyasında diplomatik korpusuna rəhbərlik edən səfir Polad Bülbüloğlunun geri çağırılacağı ilə bağlı siyasi kulyarlara fikirlər səslənməkdədir.

Məlumata görə, Bülbüloğlunun Rusiya siyasi və ictimai palitrasına xəbərdar olan biri,nədənsə bir diplomat kimi  ona həvalə edilən məsuliyyətin öhtəsindən gələ bilmədi.Elə bu səbəbdəndir ki, Rusiyalı siyasətçilər,ekspertlər,KİV-də davamlı olaraq Azərbaycana qarşı bu və ya digər formada tənqidlər,təhqirlər,eyni zamanda qaralama kompaniyası aparılmaqdadır.44 günlük ikinci Qarabağ Vətən müharibəmizdə Polad Bülbüloğlunun faliyətsizliyi isə onun geri çağırılması yönündə ortaya qoyulan fikirləri daha da  gücləndirib.

Maraqlısı budur ki, rəsmi Bakı Bülbüloğlunu əvəz edəcək təcürbəli diplomatlara sahib olsa da,bu istiqamətdə  addımlar atmağa tələsmir. İddalara görə bir sıra diplomatların namizədliyi üzərində fikir mübadiləsi aparılmaqdadır.

Redaksiyamıza məlumatlı mənbələrdən daxil olan məlumata görə, bu şəxslər içərisində ən güclü iki namizəd var,bunlardan biri Azərbaycan Dillər Univeristetinin rektoru Kamal Abdulla,digəri isə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təcürbəli Xələf Xələfovdur.

Siyasi Ekspertlərə görə, X.Xələfov bu seçimdə ən doğru biridir.Onun  Azərbaycan maraqlarını hər zaman yüksək dutduğu,bir diplomat kimi çevikliyi,zamanında müdaxilə imkanları gözardı edilə bilməz. Kamal Abdullaya gəlincə isə cənab Abdullanın səfir kimi fəaliyyəti elə də müsbət görünmür.Akademikin daha çox yaradıcı sahədə fəaliyyəti bir diplomat kimi Polad Bülbüloğlundan fərqlənməyəcək.

 

Bundan başqa Rusiya rəhbərliyinin də göndəriləcək səfirin ehtimadnaməsin qəbul edib-etməyəcəyi məsələsi vardır ki, Xələf  Xələfovun səfər təyin ediləcəyi təqdir də belə bir problemin olacağı ehtimal belə edilmir.

 

Amma əsas olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qərarıdır və ekspertlərin fikirləri sadəcə olar ehtimal olaraq dəyərləndirilməlidir.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki