image-modern-az-03-08-2021-1627977505backend

“Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” – Tahir Kərimli

image-reklam_sirab_01

“Bu gün hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”.

Veteninfo.azhttp://Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinnin sədr müavini Tahir Kərimli deyib.

“Orada polisi həddində idimi ki,  deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək?

Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”, – deputat çıxışında deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki