Vətəninfo.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski (Mateusz Morawiecki) 15 oktyabrda parlament seçkilərilə birlikdə keçiriləcək xalq səsverməsində Avropa İttifaqının (Aİ) üzv ölkələrə immiqrasiya planı da daxil olmaqla, vətəndaşlardan 4 suala cavab istəyəcək.
M.Moravetski sosial mediada seçki ilə bağlı vətəndaşlara veriləcək suallarla bağlı məlumat paylaşıb: “Polşa hökuməti ilk gündən Aİ-nin miqrantların köçürülməsi planına qarşı olub. Avropa bürokratiyasının tətbiq etdiyi məcburi mexanizmə əsasən, Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın qəbuluna tərəfdarısınızmı?..”
Avqustin 11-də hakim Hüquq və Ədalət Partiyasının sədri və baş nazirin müavini Yaroslav Kaçinski (Jaroslaw Kaczynski) plebisitin ilk sualında iştirakçılardan dövlət müəssisələrinin satışını dəstəkləyib-dəstəkləmədiklərinin soruşulacağını bildirib.
Partiyanın sədr müavini Beata Şidlo (Szydlo) 13 avqust açıqlamasında ikinci sualın polşalılara pensiya yaşının artırılması ilə bağlı olacağını söyləyib.
Qeyd edək ki, avqustun 16-da və ya 17-də parlamentin aşağı palatası Seymdə plebisitlə bağlı reqlament müzakirə ediləcək.