image-4backend

Poqosyan Rusiyanı hədələdi: Müharibə elan edərik

image-reklam_sirab_01

Çox ciddi şəkildə Rusiya sülhməramlı kontingentinə xəbərdarlıq edirəm: əgər siz bir daha Azərbaycanın təxribatçı fəaliyyətinə imkan versəniz və onda iştirak etsəniz, əgər siz bir daha Ermənistanın ərazi bütövlüyünü şübhə altına alsanız, öz sinəniz və arxanızla Azərbaycan Bayrağını bizim ərazimizdə qorumağa çalışsanız, siz partizan müharibəsi alacaqsınız.

Vətəninfo.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş Qərargahı rəhbərinin sabiq müşaviri Vladimir Poqosyan canlı efirdə deyib.

O, “Laçın” postu ərazisində Azərbaycan bayrağının guya Ermənistan ərazisində qaldırıldığını iddia edərək, bununla bir daha barışmayacaqlarını bildirib:

“Hansısa xarici “çəkmənin” düşmənə bayrağını bizim ərazimizdə qaldırmasına yardım etməsinə dözməyəcəyik. Bu dövr bitdi. Yaxşı ki, bizimkilər dünən atəş açdılar. Təəssüf ki, kiməsə dəymədi. Gərək bu və ya digər tərəfi təmsil edənlərə güllə dəyəydi. Əgər sülhməramlı qüvvələr tərəfindən bir daha belə təxribat baş verərsə, onlara xəbərdarlıq etdim: sizə qarşı Ermənistan hərbçiləri tərəfindən kifayət qədər ciddi addım atılacaq. Sizə heç kim imkan verməyəcək ki, bizim ərazimizdə düşmənə bayrağını qaldırmağa şərait yaradasınız. Azərbaycan və Türkiyə bayrağını sevirsiniz, zəhmət olmasa, Moskvanın mərkəzində, Kremldə qaldırın o bayraqları, diz çöküb öpün”.

Qeyd edək ki, DSX hərbçiləri Azərbaycan bayrağını “Laçın” sərhəd-keçid məntəqəsinin girişində qaldırarkən ermənilər atəş açmış və əsgərimizi yaralamışdı. Bundan sonra hadisə yerinə gələn rus sülhməramlılar ərazinin Azərbaycana aid olduğunu təsdiqləmiş və Bayrağımızın asılması üçün sərhədçilərimizi müşayiət etmişdilər. Ermənilər isə rus sülhməramlılara da atəş açmışdı.

Bunun ardınca ermənilər ənənəvi həyasızlıqla guya postumuzun bir neçə addımlığında olan ərazinin onlara məxsus olduğunu bildirib, Azərbaycan DSX və rus sülhməramlılara atəş açılmasına haqq qazandırmağa çalışırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki