image-reklam-veteninfo
image-image_750x_6491bf08dcfd0backend

“Prezident olsaydım müharibə olmazdı” – Tramp

image-reklam-veteninfo

Respublikaçılar Partiyasından yenidən namizədliyini irəli sürmək və ABŞ-ın rəhbəri postu uğrunda mübarizə aparmaq niyyətində olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən diqqətçəkən açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, Tramp qeyd edib ki, “onun Vladimir Putinlə çox güclü münasibəti var”.
Tramp həmçinin iddia edib ki, onun Kreml rəhbəri ilə söhbəti müharibənin başlamasını bir neçə il gecikdirib.

Onun sözlərinə görə, ABŞ prezidenti postunu saxlasaydı, Rusiya Federasiyası Ukraynada “xüsusi əməliyyata” başlamazdı.

“Hər şey başlayandan 24 saat sonra razılaşardım. Zelenskiyə nəsə deyərdim, Putinə nəsə deyərdim…

Mən çox tez müqavilə bağlayardım. Ölümlər dayanacaq, dağıntılar dayanacaq”, – Tramp Fox News-a müsahibəsində deyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki