Tam iyirmi beş il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən bu günə qədər hər il fevralın 2-də Gənclər Günü qeyd edilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi. Ümummilli liderin respublikamıza rəhbərliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. Ö lkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Bu gün Azərbaycan gəncləri böyük potensiala sahibdir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Gənclərimiz bizim gələcəyimizdir. Gənclər inkişaf etdikcə ölkəmiz də inkişaf etməkdə davam edəcək.
Hal-hazırda gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan lazımi dərəcədə istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Bunun üçün ölkəmiz bizə daim dəstək olmalıdır. Biz dövlətimizə xeyir vermək üçün ilk öncə yeteri qədər təcrübəyə malik olmalıyıq. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir.
Azərbaycan gəncinin Vətənə bağlılığı, Vətənə sevgisi, dövlət maraqlarını hər şeydən üstün tutması hər bir gəncin borcudur. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlər olub və ola bilər ki, olacaq. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır.
Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Bəli, Milli Qəhrəmanımız Polad Həşimovun qızı Aybəniz Həşimova da bu formda çıxış etdi. Biz bir azərbaycan xalqı olaraq daim oları diqqət mərkəzində saxlamalıyıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Qururverici haldır ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Biz söz vermişdik ki, Polad Həşimovun qanı yerdə qalmayacaq və bunu özümüzə güc bilərək Qarabağımızı azad etdik. Onlara layiq olduqları cavabı verdik.
Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.
Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Biz fəxr edirik ki, biz Azərbaycanlıyıq.
Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Şuşa bir müqəddəs rəmz idi. Şuşa elə azad edildi ki, artıq düşmən öz müqavimətini dayandırmışdı. Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı.
Əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox gözəl keyfiyyətidir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir.
Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular – könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır.
Könüllülər hərəkatı Azərbaycanda çox geniş yayılmışdır. Təsadüfi deyildir ki, 2020-ci il “Könüllülər ili” elan edilmişdir. ASAN könüllüləri bizim ilk könüllülərimiz olmuşdur. Könüllülük Azərbaycan xalqının qanındadır. İndi “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qrupları var. Bu, həm gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə toplayırlar. Könüllülük ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür.
Bu gün gənclərimiz yarıda çoxu öz təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Biz Azərbaycanda elə şərait yaratmalıyıq ki, xaricdə təhsil alanlar özləri Vətənə qayıtmağı arzulasınlar. Xaricdə təhsil alan gənclərlə bağlı proqram 2007-ci ildən etibarən icra olunur. Gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəbinə ezam olundu. Dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb. 3500 təqaüd verilmişdi və onlar qayıdıb. Bunun üçün xüsusi təqaüd proqramları hazırlansa çox yaxşı olar.
“Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar. Əgər kimsə düşünürsə ki, yumruq yalnız zorakılıq əlamətidir, ciddi səhv edir!
Yumruq həm də təsirli tərbiyə vasitəsidir. Çünki yolunu azmış adamları ağıllandıra bilir!
Necə deyərlər:
* Qanmazı qandırır!
* Anlamazı başa salır!
* İslaholunmazı düz yola qaytarır!
* Bir sözlə, dəyişməzi dəyişir!
Amma baxır adamına. Atalar həm də deyib ki, yüyürən at qamçı yeməz!
Bu dəmir yumruğun dadını görənlər bir də Azərbaycana xain nəzərlərlə baxib, bizdən torpaq və status uma bilməyəcəklər! Qədim Şuşada Azərbaycan əsgərinə gözəl bir abidə də ucaldılacaq! Eyni zamanda Şuşanın ən hündür qayalarından birində “Dəmir yumruq” abidəsi də qoyulacaq!
Hər dəfə Ermənistandan Qarabağa sarı boylanan ermənilər dəmir yumruğu görəndə özlərini yığışdıracaq, ağıllarını başlarına yığacaqlar!
Qarabağın və Zəngəzurun mədəni həyatının dirçəldilməsi istiqamətində önəmli addımlar atılmalıdır. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bunun gözəl nümunəsidir. Dünyanın müxtəlif yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək. Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır. Çünki bu dağıntılar bir azdan sonra olmayacaq.
İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. İdman sayəsində biz özümüzü gümrah və sağlam hiss edirik. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək. İdman insanı zərərli vərdişlərdən uzaqlaşdırır. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir.
Hazırladı: Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Lalə Yolçiyeva