image-photo-2022-12-22-10-33-51backend

Prezidentin inamlı addımlarının nəticəsi

image-reklam_sirab_01

 

 

Prezident İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi naminə çox uğurlu siyasət həyata keçirir

 

Hazıda Azərbaycanın ÜDM-nin artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilməsi və qazanılmış digər nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin yüksək səmərəliliyinin nəticəsi kimi qiymətləndirilir. Ölkədə iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmiş, sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılmış, vergi yükü azadılmış, maliyyə və texniki təminat yaxşılaşdırılmış, sahibkarların hüquqlarının müdafiəsi sistemi təkmilləşdirilmiş, dövlət-sahibkar münasibətləri inkişaf etmiş, iş adamlarının beynəlxalq əlaqələri genişlənib. Ölkəmizdə özəl sektorun inkişafına dövlət maliyyə dəstəyi ildən-ilə gücləndirilir, bu sahəyə diqqət və qayğı artırılır.

Bu gün ölkəmizə müxtəlif ölkələrdən yüzlərlə əcnəbi işçi qüvvəsi gəlməkdədir. Bu məqsədlə dövlət miqrasiya xidməti yaradılıb. Ölkə başçısının sözləri ilə desək indi Azərbaycanda işləmək istəyən insan işlə təmin oluna bilər: “Biz xaricdən Azərbaycana işçi qüvvəsinin gəlməsinə hazır olmalıyıq. Mən bilirdim və görürdüm ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək, Azərbaycanın artan imkanları necə böyüyəcək, ölkədə gedən tikinti-quruculuq, sənayeləşmə işləri hansı nəticələrə gətirib çıxaracaqdır. Bir tərəfdən, bu, əlbəttə ki, çox gözəl göstəricidir, onu göstərir ki, Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrilir”.

Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu gün Azərbaycan Dünya Bankı BVF. Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir. Bununla yanaşı, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə qurulmuş səmərəli əməkdaşlığı davam etdirir.

Ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.

Hazırda Azərbaycan dünyanın 150-dən artıq ölkəsi ilə qarşılıqlı ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır. Bu gün ölkəmizdə xarici sahibkarların hərtərəfli fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Hazırda Azərbaycan adambaşına düşən investisiyanın həcminə görə MDB -də birinci yeri tutur.

Azərbaycan iqtisadiyyatının günü-gündən inkişaf etməsi, sahibkarlıq və biznes mühitinin yaxşılaşması beynəlxalq hesabatlarda da öz əksini tapıb. Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Son 19 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb. Prezident İlham Əliyevin inamlı addımlarının və uğurlu qərarlarının əsasında Azərbaycan dünyada bu nüfuza sahib olub. Prezident İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi naminə çox uğurlu siyasət həyata keçirir.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki