image-reklam-veteninfo
image-image_750x_64c7642eb95f2backend

Priqojin:”Artıq Vaqneri yeniləyirik”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Vaqner”  muzdluların işə götürülməsini dayandırıb və onları məzuniyyətə göndərib”, – hərbi strukturun təsisçisi-rəhbəri Yevgeni Priqojin bildirib.

“Nə qədər ki, kadr çatışmazlığı hiss etmirik, yeni kadrların hazırlanmasını planlaşdırmırıq.

Döyüşçülərimizin çoxu məzuniyyətdədir, çünki bundan əvvəl çox ağır iş dövrü olub”, – deyə Priqojin Vaqnerə yaxın Telegram kanalı tərəfindən yayımlanan audiomüraciətində bildirib.

Onun sözlərinə görə, Rusiyanın regionlarında muzdluların işə qəbulu mərkəzlərinin açılma tarixləri “hələlik qərarlaşdırılmayıb”.

Eyni zamanda o, bəyan edib ki, “Vaqner” həm Afrikada, həm də Belarusda “hazırlıq mərkəzləri”ndə fəaliyyətini davam etdirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki