Priqojinin silahlı üsyan cəhdindən sonra Putini yenidən özünə cəlb edə bilməyəcəyi ehtimalı var. Vətəninfo.az “The Hill” istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.
Tramp administrasiyasının keçmiş yüksək rütbəli rəsmisinin sözlərinə görə, Putin Priqojinin həqiqətən onun üçün real təhlükə olduğunu hiss edib və müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimovla birlikdə ona təzyiq göstərməyə başlayıb.
Pompeo Priqojinin Putinin etimadını qaytaracağına inanmır və vaqnerçilərin liderinə qarşı sui-qəsd cəhdini də istisna etmir.


























