Artıq Priqojinin Rusiya Federasiyası Müdafiə Nazirinin müavini ilə danışıqlar apardığı haqqında məlumatlar yayılıb. Vətəninfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüşüb.
Rusiyanın Teleqram kanallarında yayımlanan videodan da göründüyü kimi, o, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Müdafiə Nazirliyinin rəhbəri Şoyqunu yanına gətirməyi tələb edir.
“Biz bura gəlmişik. Baş Qərargah rəisini və Şoyqunu tutmaq istəyirik. Onlar (Gerasimov və Şoyqu) gedənə qədər biz buradayıq, Rostov şəhərini bağlayırıq və Moskvaya gedirik”, – Priqojin bildirib.
“Əgər vertalyot göndərsəniz onları vuracayıq. Çünki siz dinc əhaliyə atəş açırsınız, mülki insanları məhv edirsiniz, sadəcə insanların olduğu bir avtobusu məhv etdiniz və sizin vicdanınız yox idi” deyə Pirojin hədələyib.